Rayonlarda leysan yağışı yağıb

Sabaha olan hava proqnozu

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 4-ü saat 21:00-a olan məlumatına əsasən Ceyrançöl, Daşkəsən, Gədəbəy, Quba, Göygöl, Ağdam, Tovuz, Ağstafa, Yevlax, Gəncə, Şəmkir, Qrız, Quba, Qusar, Tərtər, Naxçıvanda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən bildirilib ki, Quba rayonunun Qudyalçay-Qımıl məntəqəsinə saat 20:28-20:32 radələrində xırda dənəli dolu düşüb.

Çaylarda nisbətən sabit sululuq müşahidə olunub.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.