Qadın dəmir yolu platformasında amansızcasına döyüldü

Həbs
Həbs

Rusiyanın Moskva vilayətində yerləşən dəmir yolu platformasında qadına qarşı ağır zorakılıq hadisəsi baş verib. AzPost xəbər verir ki, hadisə Serpuxov şəhər dairəsi ərazisində, “92-ci kilometr” adlı dəmir yolu platformasında qeydə alınıb.

Məlumata görə, Moskva vilayətinin Krasnoqorsk şəhər sakini olan, əvvəllər məhkumluq həyatı yaşamış kişi platformada bir qadınla mübahisə edib. Mübahisə zamanı kişi qadına dəfələrlə bədəninin müxtəlif nahiyələrindən zərbələr endirib.

Rusiya mətbuatının yazdığına görə, qadın ağır xəsarətlər alıb və tibbi yardıma ehtiyac duyub. Hadisəni törətməkdə şübhəli bilinən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib.

Faktla bağlı araşdırma aparılır.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.