Qadın uşaq olarkən ərinin toyunda iştirak etdiyini öyrəndi

İndoneziyalı qadın təsadüfən hələ uşaq ikən gələcək ərinin toyunda iştirak etdiyini öyrənib.

Azpost bildirir ki, bu barədə “South China Morning Post” yazır.

24 yaşlı Renata Fadeanın əri ondan 38 yaş böyükdür, qadınla üçüncü evliliyi olub. Bir gün o, ərinin ikinci toyundan fotoların yer aldığı albomu vərəqləyərkən birdənşəkillərin birində özünü görüb. Məlum olub ki, o, doqquz yaşında olarəkən hazırda ərə getdiyi  uzaq qohumunun toyunda qonaq olub.

Renata 2009-cu ildəki həmin günü, eləcə də bəylə gəlini tamamilə unudub. Gələcək əri ilə yalnız 2019-cu ildə yenidən tanış olub. Bu vaxta qədər o artıq səkkiz il boşanmışdı. 2023-cü ildə evlənən cütlüyün bir oğulları olub. Fadea yaş fərqinə baxmayaraq, 62 yaşlı ərini səmimiyyətlə sevdiyini iddia edir.

O, TikTok platformasında bu qeyri-adi hekayəni paylaşıb. Gələcək əri ilə öz toyunda unudulmuş görüş haqqında video yeddi milyondan çox izlənilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.