Qadının saçını qırxan keçmiş əri saxlanılıb

Sosial şəbəkələrdə kişinin qadına şiddət göstərməsi ilə bağlı görüntülər yayılıb. Görüntülərdə qadının saçlarının keçəl edildiyi və təhqir olunduğu kadrlar yer alıb.
Həmin görüntülərlə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Elbrus İbrahimov Oxu Az-a bildirib ki, oktyabrın 28-də qadına yaşadığı ünvanda həyat yoldaşı tərəfindən fiziki zorakılıq tətbiq edilməsi ilə bağlı polisə məlumat daxil olub: “Əməli törətməkdə şübhəli bilinən T.Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb. Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertiza təyin olunub”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.