Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib-FOTO

İyulun 5-də Qafqaz Müsəlmanları İdarəsində qurumun təşkilatçılığı, Respublika Qan Bankının dəstəyi ilə Aşura günü ilə əlaqədar qanvermə aksiyası keçirilib.

Tədbirdə Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə başda olmaqla, idarə əməkdaşları, Milli Məclisin deputatları və ölkəmizdəki dini konfessiyaların nümayəndələri iştirak ediblər.

**

Masallının Boradigah qəsəbə xəstəxanasında qanvermə aksiyası təşkil olunub. QMİ-nin bölgə üzrə qazisi Ağarəşid Talıbovun təşəbbüsü ilə ətraf kəndlərin və çoxsaylı qəsəbə sakinləri aksiyada fəal iştirak edib.

Xatırladaq ki, Səhiyyə Nazirliyinin Aşura ilə bağlı qanvermə aksiyası üçün ayırdığı yerlərdən biri də Boradigah xəstəxanası olub.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.