Qafqaz Müsəlmanları İdarəsinin Cənub bölgəsi üzrə qazisi vəfat edib-FOTO

Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Mirqiyas Mirxas oğlu Təhməzov bu gün səhər saatlarında vəfat edib.

Azpost.info bildirir ki, bu barədə Dini Qurumlarla iş üzrə Dövlət komitəsinin nümayəndəsi Ayiq Səmədov məlumat verib.

M.Təhməzov 1 iyul 1944-cü ildə Yardımlı rayonu Telavar kəndində anadan olub. O, gənc yaşlarlndan Masallı rayonuna köçüb. Cənub bölgəsinin tanınmış din xadimləri-Şeyx Qələm, Molla Hüseyn, Şeyx Qüdrət Axunddan təhsil alıb.

M.Təhməzov yaşadığı Masallı rayonu Çaxırlı kənd qəbiristanlığında dəfn olunub.

Allah rəhmət eləsin!

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şimali Koreya koronavirusa qarşı peyvənd hazırlayıb –

Sonrakı məqalə

Qoşulmama Hərəkatı Ermənistanın təxribatı ilə bağlı kommünike qəbul edib