Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili Prezident İlham Əliyevi təbrik edib.
AzPost bildirir ki, o, bu barədə sosial şəbəkədə paylaşım edib.
“Bu gün Azərbaycan xalqının və bütün Qafqazın böyük oğlu İlham Əliyevin doğum günüdür.
İlham bizim arzuladığımız hər şeyə nail oldu: o, Azərbaycan torpaqlarını azad etdi və sülhü bərqərar etdi. İlham Əliyev Azərbaycanı bir obyektdən qlobal siyasətdə çox vacib oyunçuya çevirdi. Müasir tarixdə az sayda dünya lideri bu cür nailiyyətlərlə öyünə bilər. İlham Heydər oğlunun adını tarixə qızıl hərflərlə yazdığını və əsrlər boyu xatırlanacağını söyləmək olar.
Prezident Əliyevlə dost olmaq və sıx əməkdaşlıq etmək fürsəti əldə etdiyim üçün qürur duyuram. Bu gün o, bütün insanların ləyaqətini qorumaqda dürüstlük və sarsılmazlıq nümunəsi göstərir. Əsl lider məhz belə olmalıdır – Axına qarşı getməkdən qorxmayan və nəticə əldə edən!
Ona uzun ömür və ölkəsinə firavanlıq arzulayıram”.