“Qalatasaray” “Fənərbağça”nı məğlub edərək yarımfinala yüksəlib

Futbol üzrə Türkiyə Kubokunda 1/4 final mərhələsinin daha iki görüşü keçirilib.

Günün ilk oyunu “Trabzonspor”la “Bodrumspor” arasında olub. Qarşılaşma Qara dəniz təmsilçisinin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Kubokun mərkəzi görüşü isə İstanbulda oynanılıb. Tarixi derbidə “Fənərbağça” əzəli rəqibi “Qalatasaray”la qarşılaşıb. Matç “cim-bom”un 2:1 hesablı üstünlüyü ilə bitib.

İstanbul klubu növbəti raundda “Konyaspor”la üz-üzə gələcək.

Türkiyə Kubokunda 1/4 final mərhələsinə aprelin 3-də “Beşiktaş” – “Göztəpə” oyunu ilə yekun vurulacaq. Cütün qalibi “Trabzonspor”a rəqib olacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.