“Qalatasaray” “Mançester Siti”nin futbolçusunu transfer edir

İstanbul nəhəngi “Qalatasaray” İngiltərənin “Mançester Siti” klubunda çıxış edən 23 yaşlı İssa Kabore ilə razılıq əldə edib.

Hazırda “Benfika” klubunda icarə əsasında çıxış edən İssa Kabore qış transfer pəncərəsində “Qalatasaray”a keçəcək.

“Mançester Siti” rəsmiləri “Qalatasaray”ın təklifini qəbul ediblər.

Qeyd edək ki, sağ cinah müdafiəçisi bu mövsüm “Benfika” forması ilə ümumilikdə yeddi oyunda meydana çıxıb, bir məhsuldar ötürmə ilə yadda qalıb. (oxu.az)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.