“Qalatasaray” yenidən liderliyə yüksəlibTürkiyə Superliqası

Futbol üzrə Türkiyə Superliqasında XXVII tura yekun vurulub.

Bağlanış oyununda “Qalatasaray” “Antalyaspor”u qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qələbəsi ilə başa çatıb – 2:1.

İstanbul təmsilçisinin heyətində qolları 12-ci və 45+1-ci dəqiqələrdə Kərəm Aktürkoğlu vurub. Qonaqlardan isə 33-cü dəqiqədə Sander van de Strik fərqlənib.

Bu nəticədən sonra xallarını 72-yə çatdıran “Qalatasaray” yenidən liderliyə yüksəlib. 35 xalı olan “Antalyaspor” isə 9-cudur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.