Qalmaqallı reper Maduro ilə eyni təcridxanaya salındı

ABC News-un yaydığı məlumata görə, amerikalı reper Daniel Ernandes, səhnə adı ilə tanınan Tekashi 6ix9ine Nyu-Yorkdakı istintaq təcridxanasına yerləşdirilib. AzPost xəbər verir ki, həmin təcridxanada hazırda Venesuelanın prezidenti Nikolas Maduro da saxlanılır.

Bildirilir ki, reper Nyu-Yorkun Sanset-Park ərazisində yerləşən saxlanma mərkəzinə özü gedib. O, vaxtından əvvəl azadlığa buraxılma şərtlərini pozduğuna görə üç ay müddətinə azadlıqdan məhrum edilib.

Mətbuatın yazdığına görə, Tekashi 6ix9ine daha əvvəl Venesuela prezidenti ilə birlikdə rəqs etmək istədiyini də etiraf edib.

Qeyd olunur ki, Nikolas Maduro və həyat yoldaşı təcridxananın xüsusi bölməsində saxlanılır. Həmin bölmədə daha əvvəl milyarder Ceffri Epşteynin yaxın silahdaşı Jisleyn Maksvell, eləcə də insan alveri və digər ağır cinayətlərə görə məhkum olunmuş məşhur reper Pi Diddi də yerləşdirilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.