Rusiya hüquq-mühafizə orqanları 27 yaşlı azərbaycanlını beynəlxalq axtarışa verib.
Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib.
Məlumatda qeyd olunub ki, 1993-cü ildə anadan olan Raman Salayev qanunsuz silahlı birləşmələrə qoşulmaqda təqsirli bilinir.
Rusiya hüquq-mühafizə orqanları onun barəsində dövlətlərarası axtarış elan edib, saxlanılması üçün İnterpola müraciət olunub.