Qara dənizdəki gərginlik araşdırılır –

Hulusi Akar
23 İyun 2021 - 22:21

Rusiya donanmasının sərhəd patrul gəmisinin Qara dənizdə Böyük Britaniyanın “Defender” esminesinə atəş açması ilə bağlı Türkiyədən ilk açıqlama verilib.

Azpost.info bildirir ki, bu barədə qardaş ölkənin milli müdafiə naziri Hulusi Akar danışıb.

Mövzu ilə bağlı həm Rusiya, həm də Böyük Britaniyadan açıqlama gəldiyini deyən nazir bu açıqlamaların fərqli olduğunu və araşdırıldığını bildirib. Qeyd edilib ki, yaxın saatlarda mövzu daha aydın şəkildə bəlli olacaq.