Bu gün Misli Premyer Liqasında 4-cü tura yekun vurulub.
QOL.az xəbər verir ki, son oyun gününə nəzərdə tutulan matçlar artıq başa çatıb.
“Turan Tovuz” öz meydanında “Sumqayıt”la qarşılaşıb. Görüş Tovuz təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Digər oyunda isə “Qarabağ” “Araz-Naxçıvan”ı qəbul edib. Görüş Ağdam təmsilçisinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
6 sentyabr (bazar)
Misli Premyer Liqası, 4-cü tur
20:15.“Qarabağ” – “Araz-Naxçıvan” – 3:2
Qollar: Joni Montiel, 8 (1:0), Renaldo Sefas, 67 (2:0), Dumançiç, 72 (2:1), Musa Qurbanlı, 89 (3:1), Ağadadaş Salyanskiy, 90+3 (3:2)
Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Emin Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Pərvin Talıbov
Tofiq Bəhramov adına Respublika Stadionu
18:00.“Turan Tovuz” – “Sumqayıt” – 2:1
Qollar: Ronaldo Vaskez, 9 (0:1), Jo Batista, 20 (1:1), Xorxe Silva, 60 (2:1)
Hakimlər: Kamranbəy Rəhimov, Şirmamed Mamedov, Kərim Zeynalov, Ruslan Quliyev
VAR: Kamal Umudlu
AVAR: Vüsal Məmmədov
Tovuz şəhər stadionu
Turun digər nəticələri
“Qəbələ” – “İmişli” – 2:1
“Kəpəz” – “Şamaxı” – 1:4
“Neftçi” – “Şəfa” – 4:1
“Sabah” – “Zirə” – 5:0