“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə məğlubiyyətlə başlayıb

Azərbaycan çempionu “Qarabağ” növbəti avrokubok matçını keçirib.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Avropa Liqasının qrup mərhələsində mübarizəyə başlayıb.

Ardıcıl 7-ci dəfə avrokubokların qrupunda çıxış edən Qurban Qurbanovun yetirmələri İsraildə Təl-Əviv “Makkabi”si ilə görüşüb. İ qrupunun I turu çərçivəsində keçirilən görüş erkən qolla başlayıb.

Matçın taleyini də bu bir qol həll edib. İlk yarının əvvəlində fərqlənən meydan sahibləri bu qol sayəsində qələbə qazanıb – 1:0.

Qeyd edək ki, II turun oyunları oktyabrın 29-da keçiriləcək. “Qarabağ” ilk ev görüşündə İspaniya təmsilçisi “Vilyarreal”la üz-üzə gələcək. Matç Türkiyənin İstanbul şəhərində baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İtaliyada rekord sayda koronavirusa yoluxma hadisəsi qeydə alınıb

Sonrakı məqalə

Füzuli, Cəbrayıl və Qubadlı istiqamətlərində Ermənistan ordusuna ciddi zərbələr vurulub-