“Qarabağ” – “Bayer” oyununun hakimləri bəlli olub

UEFA Avropa Liqasının 1/8 mərhələsində Bakıda keçiriləcək “Qarabağ” və “Bayer” komandaları arasındakı matçın təyinatları açıqlanıb.

Görüş Fransadan olan hakimlər briqadasında həvalə olunub. Matçda ədaləti Benoit Bastien qoruyacaq. Ona xətt hakimləri Hiçam Zakrani və Aurelien Bertomieu kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Ceremi Piqnard yerinə yetirəcək.

VAR-da Benua Millot, onun köməkçisi isə Erik Uattelye olacaq. Hakim-inspektor funksiyasını bolqarıstanlı İçko Lozev yerinə yetirəcək.

Qeyd edək ki, “Qarabağ” “Bayer”ə qarşı ilk matçını martın 7-də Bakıda, cavab qarşılaşmasını isə bir həftə sonra Leverkuzendə keçirəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.