“Qarabağ böhranı Rusiya və Türkiyənin iştirakı ilə həll oluna bilər” –

İran prezidentinin nümayəndəsi Tehranın planını açıqladı
30 Oktyabr 2020 - 14:31

Dağlıq Qarabağ böhranı Rusiya və Türkiyənin iştirakı ilə həll oluna bilər”.

Azpost.info bildirir ki, bu sözləri İran prezidentinin xüsusi nümayəndəsi, XİN başçısının müavini Abbas Əraqçi RİA-Novosti-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, İranın bununla bağlı planında ən mühüm olan xüsusiyyət münaqişəyə regional yanaşmadır: “Biz bu məsələyə münasibətdə regiona təsiri olan ölkələrin iştirakı ilə,  regional yanaşmadan istifadə etsək böhranı həll edə bilərik. Təbii ki, Rusiya Türkiyə kimi mühüm ölkələrdəndir”-deyə Əraqçi vurğulayıb.