Azərbaycan və Ermənistan XİN başçılarının Cenevrə görüşü qapalı keçiriləcək

Bu gün Cenevrdə Dağlıq Qarabağla bağlı Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü qapalı keçiriləcək.

Azpost.info bildirir ki, bu barədə TASS-a etibarlı mənbə məlumat verib.

“ATƏT-in Minsk Qrupunun həmsədrləri görüşdən əvvəl -oktyabrın 29-da Cenevrdə münaqişənin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparıblar. Danışıqlar KİV üçün qapalı olacaq”- deyə mənbə vurğulayıb.

Onun sözlərinə görə, bu ana qədər görüşn yekunlarına dair bəyanatın dərc olunub-olunmayacağı məlum deyil.

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Oqtay Gülalıevlə bağlı cinayət işi üzrə hazırlıq iclası olub –

Sonrakı məqalə

“Qarabağ böhranı Rusiya və Türkiyənin iştirakı ilə həll oluna bilər” –