Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab oyunları keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, Azərbaycanı turnirdə təmsil edən “Qarabağ” Bakıda “Braqa”nı qəbul edəcək. Bu oyun Azərbaycan futbol tarixinə düşə bilər. Ağdam klubu mərhələ adlasa, ölkəmiz adına ilk olacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
UEFA Avropa Liqası
22 fevral
Pley-off mərhələsinin cavab oyunu
21:45.“Qarabağ” (Azərbaycan) – “Braqa” (Portuqaliya)
Baş hakim: Georgi Kabakov
Bakı, Tofiq Bəhramov adına Respublika stadionu
İlk oyun – 4:2
***
Komandalar meydana aşağıdakı heyətlərlə çıxacaqlar:
“Qarabağ”: 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 29. Marko Veşoviç, 7. Yassin Benzia, 6. Julio Romao, 8. Marko Yankoviç, 10. Abdullah Zubir, 15. Leandro Andrade, 18. Juninyo Olavio
Ehtiyat oyunçular: L.Quqeşaşvili, A.Ramazanov, M.Medvedev, M.Silva, K.Medina H.Keyta, R.Cica, A.İsayev, A.Hüseynov, T.Bayramov, P. Andrade, N.Axundzadə,
“Braqa”: 1. Mateus, 26. Kristian Borxa, 4. Siku Niakate, 15. Paulo Oliveyra, 2. Viktor Qomes, 16. Rodriqo Zalazar, 22. Pizzi, 28. Joao Moutinyo, 11. Rojer Fernandes, 9. Abel Ruis (k), 23. Simon Banza
Ehtiyat oyunçular: Tiaqo, Horniçek, Serdar, Xose, N’dour, Bruma, Mendes, Lopes, Cissumba, Yan Səid, Sumare, Vitor Karvalyo