“Qarabağ” bu gün “Braqa” ilə cavab matçına çıxacaq –Avropa Liqası

“Qarabağ” bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin cavab matçına çıxacaq.

Ağdam təmsilçisi doğma meydanda Portuqaliyanın “Braqa” klubu ilə üz-üzə gələcək.

İlk matçda rəqibini 4:2 hesabı ilə məğlub edən Qurban Qurbanovun başçılıq etdiyi komanda 1/8 finala adlamaq üçün üstünlüyü qorumağa çalışacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda oynanılacaq görüş saat 21:45-də start götürəcək. Qarşılaşmanı Bolqarıstandan olan hakimlər briqadası idarə edəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.