“Qarabağ” bu əcnəbi hucumçu ilə müqaviləyə xitam verdi

“Qarabağ” klubu hücumçu Hamidu Keytayla yollarını ayırıb.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

29 yaşlı fransalı hücumçu ilə müqaviləyə qarşılıqlı razılaşma ilə xitam verilib.

Onu da bildirək ki, Türkiyə mətbuatının yazdığı məlumata görə, forvard Türkiyənin “Konyaspor” klubuna keçəcək.

Qeyd edək ki, 2023-cü ilin yayından “Qarabağ”da çıxış edən Keyta bu müddətdə 54 matça çıxıb və 9 qol vurub. O, Premyer Liqada 31 (7 qol), kubokda 6 (2 qol), avrokuboklarda 17 oyun keçirib. Hamidu “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.