“Qarabağ danışıqlar prosesinə qoşulmalıdır” – Yerevandan əcaib açıqlama

“Qarabağ xalqının iştirakı olmadan danışıqlar prosesində real inkişafa nail olmaq mümkün deyil”.

Azpost.info bildirir ki, bu sözləri Ermənistan Xarici işlər naziri Zoqrab Mnatskanyan Dağlıq Qarabağdakı separatçı qurumun “parlament rəhbəri” elan edilmiş Artur Tovmasyanla görüşündə bildirib.

Bu barədə qondarma rejimin mənsubları məlumat yayıb.

Qeyd edək ki, Ermənistanın XİN rəhbəri bu gün Dağlıq Qarabağa gəlib.

Z.Mnatskanyan Azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi son videogörüş barədə məlumat verib.

Ermənistan XİN rəhbərinin bu bəyanatı Minsk Qrupunun hazırda nizamlama ilə bağlı müzakirə olunan danışıqların formatına və prinsiplərinə tamamilə ziddir.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İsmayıllıda hərbi xidmətdən qayıdan oğlu üçün məclis təşkil edən ata cərimələnib

Sonrakı məqalə

İcra hakimiyyəti məmurun evinin yandırılması iddialarına münasibət bildirdi