“Qarabağ” “Dinamo”ya uduzdu- Çempionlar Liqası

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin oyunlarına start verilib.

Tarixində üçüncü dəfə bu mərhələyə yüksələn Azərbaycan çempionu “Qarabağ” Zaqrebdə “Dinamo”nun qonağı olub.  Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, tərəflər arasındakı cavab matçı avqustun 28-də Bakıda keçiriləcək. Oyun saat 20:45-də başlayacaq.

UEFA Çempionlar Liqası

Pley-off, ilk oyun

20 avqust

23:00. “Dinamo” (Zaqreb, Xorvatiya) – “Qarabağ” (Azərbaycan) – 3:0

Qollar: Marko Pyatsa, 30, Sandro Kulenoviç, 75, 80

Hakimlər: Qlenn Nyuberq, Mahbod Beiqi, Andreas Söderkvist, Adam Ladebak (İsveç)

VAR: Bastian Danker (Almaniya)

AVAR: Yohan Pfeyfer (Almaniya)

Zaqreb, “Maksimir”

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.