Qarabağ erməniləri ilə təmas üzrə məsul şəxs təyin edilən deputat kimdir? –DOSYE

Milli Məclisin deputatı Ramin Məmmədov Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs qismində müəyyən edilib.

1979-cu ildə Ağdərə şəhərində anadan olan Ramin Məmmədov orta məktəbə isə Şuşa şəhərində gedib – 1985-1992-ci illərdə Şuşa şəhər 2 saylı orta məktəbdə oxuyub, şəhərin işğalından sonra təhsilini Bakıda davam etdirib.

BDU-nun Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsini fərqlənmə diplomu ilə bitirib, 2013-cü ildə Harvard Universiteti Kennedi Dövlət idarəetmə Məktəbinin təşkil etdiyi “İnkişaf edən liderlər” adlı xüsusi proqramın iştirakçısı kimi Harvard Universiteti sertifikatını alıb.

İndiyədək Mədəniyyət Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. 2020-ci ildən etibarən 6-cı çağırış Milli Məclisin deputatıdır. Hakim Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvüdür.

Bu illər ərzində “Tərəqqi” və “Dövlət qulluğunda fərqlənməyə görə” medalları ilə təltif olunub, dövlət qulluğunun baş müşaviridir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.