“Qarabağ”- HİK matçının biletləri satışa çıxarılır

“Qarabağ”ın HİK-lə matçının biletləri satışa çıxarılacaq.

UEFA Avropa Liqasının III təsnifat mərhələsində keçiriləcək “Qarabağ” – HİK (Finlandiya) oyununun biletləri bu gün saat 14:00-dan etibarən satışa çıxarılacaq.

Avqustun 10-u saat 20:00-da Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 10, 20, 30, 75 və 100 manat təşkil edir.

Bundan əlavə, VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 200 manatdır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.