“Qarabağ” “Kəpəz”i böyük hesabla məğlub edib

Futbol üzrə Misli Premyer Liqasında ikinci dövrəyə start verilib.

X turun açılış oyununda “Kəpəz” və “Qarabağ” komandaları üz-üzə gəlib. Tovuz şəhər stadionunda reallaşan qarşılaşma qonaqların 5:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam təmsilçisinin heyətində qolları Emmanuel Addai, Aleksey İsayev, Leandro Andrade, Toral Bayramov və Aleksey Kaşuk vurublar.

Bu nəticədən sonra xallarını 24-ə çatdıran “Qarabağ” turnir cədvəlinə başçılıq edir. “Kəpəz” isə 3 xalla sonuncu – 10-cu yerdə qərarlaşıb.

Qeyd edək ki, turun digər görüşləri 19-20 oktyabrda baş tutacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.