“Qarabağ” “Kayrat” matçı –HEYƏTLƏR

Azərbaycanın avrokuboklarda yeganə təmsilçisi olan “Qarabağ” bu gün UEFA Konfrans Liqasının qrup mərhələsində növbəti matçına çıxacaq.

Ağdam təmsilçisi doğma azarkeşləri önündə Qazaxıstanın “Kayrat” klubunu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq. Matçı ukraynalı FIFA referisi Yevgeni Aranovski idarə edəcək.

Qeyd edək ki, hazırda “Qarabağ” 4 xalla H qrupuna başçılıq edir. 1 xalı olan “Kayrat” isə 3-cü pillədə qərarlaşıb.

Bu qrupun digər oyununda Kipr “Omoniya”sı İsveçrədə “Bazel”in qonağı olacaq.

UEFA Konfrans Liqası, qrup mərhələsi

H qrupu

III tur

20:45. “Qarabağ” (Azərbaycan) – “Kayrat” (Qazaxıstan)

Hakimlər: Yevgeni Aranovski, Semyon Şlonçak, Andrey Skripka, Vitali Romanov (Ukrayna)

Bakı, Tofiq Bəhramov adına Respublika stadionu.

***

Komandalar matça aşağıdakı tərkibdə çıxacaqlar:

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 5. Maksim Medvedev (k), 81. Kevin Medina, 27. Toral Bayramov, 30. Abbas Hüseynov, 2. Qara Qarayev, 6. Patrik Andrade, 19. Filip Ozobiç, 20. Kadi Borqes, 10. Abdullah Zubir, 25. İbrahima Vadji

Ehtiyat oyunçular: 12. Emil Balayev, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 7. Riçard Almeyda, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 28. Hüseyn Hüseynzadə, 29. Marko Veşoviç, 77. Ramil Şeydayev, 83. Nihad Quliyev

“Kayrat”: 1. Stas Pokatilov (k), 20. Rade Duqalyiç, 4. Nurali Alip, 15. Maki Banyak, 11. Yan Veroqovski, 24. Dino Mikanoviç, 33. Denis Polyakov, 16. Rikardo Alveş, 22. Neboyşa Kosovaç, 25. Joao Paulo, 18. Joze Kante

Ehtiyat oyunçular: 72. Temirlan Anarbekov, 3. Sergey Keyler, 6. Yatsek Qoralski, 7. Quljiqit Alıkulov, 8. Aybol Abiken, 9. Vaqner Lav, 19. Artur Şuşenaçev, 23. Andrey Ulşin, 29. Daniyar Ussenov, 46. Arsen Burançiyev

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əli İnsanovun partiyası dövlət qeydiyyatına alınıb

Sonrakı məqalə

Putin Tatarıstanın muxtariyyətini ləğv etməyə hazırlaşır?