UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turunda səfərdə “Liverpul” komandası ilə qarşılaşacaq “Qarabağ” İngiltərəyə yollanıb.
Klubdan verilən məlumata görə, Ağdam təmsilçisi səfərə çarter reysi ilə yola düşüb.
Qeyd edək ki, görüş yanvarın 28-dən 29-na keçən gecə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.