UEFA Avropa Liqasının ilk turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Molde” qarşılaşması başa çatıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda oynanılan matç Ağdam təmsilçisinin qələbəsi ilə yekunlaşıb.
Qarşılaşmada yeganə qola 57-ci dəqiqədə ağdamlıların heyətində Leandro Andrade imza atıb.
Qeyd edək ki, “Qarabağ” komandası növbəti dəfə UEFA Avropa Liqasının ll turu çərçivəsində səfərdə İsveçrənin “Hakken” klubu ilə qarşılaşacaq.
**
UEFA Avropa Liqasının ilk turu çərçivəsində Bakıda keçirilən “Qarabağ” – “Molde” oyununda hesab açılıb.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən qarşılaşmanın 57-ci dəqiqəsində ağdamlıların heyətində Leandro Andrade fərqlənib – 1:0.