“Qarabağ münaqişəsi BMT qətnamələri çərçivəsində həll edilməlidir” –

Səudiyyə Ərəbistanı
28 Sentyabr 2020 - 16:17

Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həllini dəstəkləyir.

Bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan arasındakı gərginliklə əlaqədar yaydığı bəyanatda bildirilib.

“Səudiyyə Ərəbistanı Krallığının hökuməti Ermənistanla Azərbaycan arasındakı vəziyyəti çox narahatlıqla və diqqətlə izləyir. Səudiyyə Ərəbistanı hər iki tərəfi atəşi dayandırmağa və münaqişəni BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həll etməyə çağırır”, – deyə bəyanatda qeyd olunub.