“Qarabağ münaqişəsi BMT qətnamələri çərçivəsində həll edilməlidir” –Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanı Dağlıq Qarabağ münaqişəsinin BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri çərçivəsində həllini dəstəkləyir.

Bu barədə Səudiyyə Ərəbistanı Xarici İşlər Nazirliyinin Ermənistan və Azərbaycan arasındakı gərginliklə əlaqədar yaydığı bəyanatda bildirilib.

“Səudiyyə Ərəbistanı Krallığının hökuməti Ermənistanla Azərbaycan arasındakı vəziyyəti çox narahatlıqla və diqqətlə izləyir. Səudiyyə Ərəbistanı hər iki tərəfi atəşi dayandırmağa və münaqişəni BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq sülh yolu ilə həll etməyə çağırır”, – deyə bəyanatda qeyd olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ağdərə istiqamətində düşmənin artilleriya bölmələrinə zərbələr endirilib –

Sonrakı məqalə

Tanınmış mədəniyyət xadimləri Qarabağla bağlı müraciət yaydı