Qarabağ” komandası bu gün UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
Azərbaycan çempionu pley-off mərhələsinin ilk matçında Sloveniyanın “Olimpiya” klubunun qonağı olub. “Stoyitse” stadionunda oynanılan qarşılaşmada 2-0 “Qarabağ” qalib gəlib.
Qolları 32-ci dəqiqədə Medina, 44-cü dəqiqədə Leandro Andrade vurub.
Görüşü bolqarıstanlı FİFA referisi Georgi Kabakov idarə edib.