“Qarabağ”-“Sürix” –Əlavə vaxt oynanılır/YENİLƏNİB

UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində İsveçrədə keçirilən “Sürix” – “Qarabağ” oyununun əsas vaxtı 2:1 hesabı ilə meydan sahiblərinin xeyrinə başa çatıb.

Komandalar arasında Bakıda keçirilən ilk qarşılaşma “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. İki oyunun nəticəsinə görə, qalibi müəyyən etmək üçün matçda əlavə vaxt oynanılır.

Qeyd edək ki, bu cütün qalibi üçüncü təsnifat mərhələsində “Slovan” (Bratislava, Slovakiya) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Uduzan komanda isə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Budyo Qlimt” (Norveç) – “Linfild” (Şimali İrlandiya) cütünün məğlubu ilə görüşəcək.

 

**

UEFA Çempionlar Liqasının ikinci turunun cavab oyunları çərçivəsində İsveçrənin “Sürix” klubu ilə səfər oyununda Ağdamın “Qarabağ” klubu hesabı bərabərləşdirib.

“Letsiqrund” stadionunda keçirilən matçın 56-cı dəqiqəsində “Qarabağ”ın oyunçusu Kadi Borges fərqlənib – 1:1.

Oyunda hesabı da “Qarabağ” açıb. Belə ki, Ağdam təmsilçisinin kapitanı Maksim Medvedev 4-cü dəqiqədə topu öz qapısından keçirib.

Matçı niderlandlı FIFA referisi Allard Lindhaut idarə edir.

Bakıdakı ilk qarşılaşma “Qarabağ”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, bu cütün qalibi üçüncü təsnifat mərhələsində “Slovan” (Bratislava, Slovakiya) – “Ferentsvaroş” (Macarıstan) cütünün güclüsü ilə üz-üzə gələcək. Uduzun komanda isə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində “Budyo Qlimt” (Norveç) – “Linfild” (Şimali İrlandiya) cütünün məğlubu ilə görüşəcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.