““Qarabağ” tank kimi üstümüzdən keçdi” –“Braqa”nın hücumçusu

“Etiraf etməliyik ki, bizim günümüz deyildi. “Qarabağ” tank kimi üstümüzdən keçdi. Növbəti oyunlarda daha diqqətli olmalı, vəziyyəti öz xeyrimizə dəyişməliyik”.

Bu sözləri “Braqa”nın futbolçusu Abel Ruis UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyada “Qarabağ”a 2:4 hesabı ilə uduzduqları oyundan sonra mətbuata açıqlamasında deyib.

Nəticənin ürəkaçan olmadığını bildirən 24 yaşlı hücumçu əlavə edib: “Qarşıda daha bir oyun var. Əvvəlcə diqqətimizi çempionata yönəldəcəyik, sonra isə “Qarabağ”la səfər matçı haqqında düşünəcəyik. Cavab qarşılaşmasında əlimizdən gələni edəcəyik”.

Qeyd edək ki, “Qarabağ”la “Braqa” arasında ikinci oyun fevralın 22-də Bakıda keçiriləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.