Qarabağ Universitetinə 17 milyon manat ayrılıb- RƏSMİ

Növbəti ildə Qarabağ Universitetinin fəaliyyətinin genişləndirilməsi üçün 17 milyon manat ayrılıb.

Bunu Milli Məclisin gənclər və idman, ictimai birliklər və dini qurumlar, mədəniyyət komitələrinin noyabrın 20-də keçirilən birgə iclasında elm və təhsil naziri Emin Əmrullayev “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

“Qarabağ Universitetinin bakalavriat səviyyəsinə ümumilikdə 1104 nəfər qəbul olunub. Qəbul olunanların 101 nəfəri 600-dən, 385 nəfəri isə 500-dən çox bal toplayıb. Gələn il isə qəbul olunan tələbələrin sayı 1200-1500 nəfər proqnozlaşdırılır. Həmçinin Türkiyə-Azərbaycan Universitetinin fəaliyyətinin genişləndirilməsinə 10 milyon manat vəsait proqnozlaşdırılıb. Bu da əlavə vəsait və xərc deməkdir”,- deyə nazir qeyd edib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.