“Qarabağ” və “Neftçi” qalib gəlib –

Azərbaycan Premyer Liqası
14 May 2021 - 21:29

Azərbaycan Premyer Liqasında XXVII turun oyunları keçirilib.

Apasport.az saytının məlumatına görə, bütün qarşılaşmaları eyni gündə baş tutub.

Günə mükafatlar baxımından əhəmiyyət daşımayan “Qəbələ” – “Sabah” matçı ilə start verilib. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib – 2:2.

Çempionatın lideri “Qarabağ” mövsümün son ev oyununda “Keşlə”ni qəbul edib. Bu qarşılaşmadan qalib ayrılan Qurban Qurbanovun yetirmələri zirvədəki mövqeyini qoruyub. Ağdamlılara ardıcıl 8-ci, ümumilikdə 9-cu çempionluq üçün son turda heç-heçə də kifayət edəcək.

“Qarabağ”ın hegemonluğuna son qoymağa çalışan “Neftçi” “Sumqayıt”ın qonağı olub. Bakılılar cari mövsümdə məğlub edə bilmədiyi, hətta qol vura bilmədiyi rəqib üzərində səfər qələbəsi qazanıb. Bununla da qızıl medal şansını saxlayan Samir Abasovun yetirmələri son turda əsas rəqibinə mütləq qalib gəlməlidir.

Bürünc medal uğrunda mübarizədə “Sumqayıt”ın əsas rəqibi olan “Zirə” isə turu qələbə ilə başa vurub. Rəşad Sadıqovun yetirmələri “Səbail”in qapısından iki top keçirməklə 3-cü sıraya qalxıb.

Qeyd edək ki, sonuncu – XXVIII turun oyunları mayın 19-da keçiriləcək. “Neftçi” “Qarabağ”ı, “Sabah” “Zirə”ni, “Səbail” “Sumqayıt”ı, “Keşlə” “Qəbələ”ni qəbul edəcək.

Azərbaycan Premyer Liqası
XXVII tur
14 may (cümə)

17:00. “Qəbələ” – “Sabah” – 2:2
Qollar:
Nikolas Raysel, 63 (pen.),Stefan Vukçeviç, 65-Xulio Sezar Rodriqez, 28,Slavik Alxasov, 59
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Rəşad Əhmədov
“Qəbələ”: 94. Tərlan Əhmədli, 11. Asif Məmmədov (k), 9. Ehtiram Şahverdiyev, 99. Ceyms Adeniyi, 32. Nikolas Raysel, 13. Yurgen Qoxa, 26. Stefan Vukçeviç, 2. Vinko Medimoreç, 23. Rafael Utriq, 10. Rövlan Muradov, 71. Rüfət Əhmədov
Ehtiyat oyunçular: 1. Anar Nəzirov, 5. Rasim Ramaldanov, 74. Yusif Nəbiyev, 28. Murad Musayev, 70. Ülvi İsgəndərov, 4. Sadiq Quliyev, 7. Roman Hüseynov, 6. Kamal Mirzəyev, 77. Merab Qiqauri, 17. Yaovi Akakpo, 55. İdris İnqilablı, 88. Gülağa Əsədov
Baş məşqçi: Elmar Baxşıyev
“Sabah”: 94. Nicat Mehbalıyev, 19. Təmkin Xəlilzadə, 4. Bəhlul Mustafazadə (k), 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 10. Aleksey İsayev, 30. Mario Marina, 9. Xulio Sezar Rodriqez, 3. Zurab Oçiqava, 2. Amin Seydiyev, 77. Veysəl Rzayev
Ehtiyat oyunçular: 1. Saşa Stamenkoviç, 31. Rustam Samigullin, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 34. Bəxtiyar Həsənalızadə, 48. Dmitro Klots, 72. Kamran Quliyev, 38. Arsen Ağcabəyov, 6. Şakir Seyidov, 66. Abdulax Xaibulayev, 33. Camal Cəfərov
Baş məşqçi: Ramin Quliyev
Qəbələ şəhər stadionu

19:00. “Zirə” – “Səbail” – 2:0
Qollar:
Ağabala Ramazanov, 58,Nemanya Andelkoviç, 64
Hakimlər: İnqilab Məmmədov, Akif Əmirəli, Nahid Əliyev, Namiq Bəkirov
“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov, 10. Ağabala Ramazanov (k), 32. Qismət Alıyev, 30. Riçard Almeyda, 9. Davit Volkov, 11. Klesio Bauk, 44. Dmitrios Çantakias, 26. Nemanya Andelkoviç, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 2. Sertan Taşkın, 13. Şəhriyar Rəhimov, 5. Kərim Diniyev, 12. Lazar Corceviç, 17. Rodriqo Bonqonqui, 14. Fakundo Melivilo, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 29. Musa Qurbanlı, 77. Cəlal Hüseynov
Baş məşqçi: Rəşad Sadıqov
“Səbail”: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 22. Əfran İsmayılov, 29. Amil Yunanov, 27. Hendrik Ekşteyn, 23. Milovan Petrovik, 4. Ali Sisey, 20. Ruslan Hacıyev, 3. Turan Manafov
Ehtiyat oyunçular: 1. Kamran Ağayev, 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 7. Mirsayib Abbasov, 9. Florian Kadriu, 19. Luka İmnadze, 77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev
Zirə İdman Kompleksinin stadionu

19:00. “Qarabağ” – “Keşlə” – 2:0
Qollar: 
Mahir Emreli, 47,Kvabena Ovusu, 74
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Eyyub İbrahimov, Əliyar Ağayev
“Qarabağ”: 12. Emil Balayev, 5. Maksim Medvedev (k), 2. Qara Qarayev, 55. Bədavi Hüseynov, 11. Mahir Emreli, 4. Rahil Məmmədov, 10. Abdullah Zubir, 9. Xayme Romero, 6. Patrik Andrade, 18. İsmayıl İbrahimli, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 94. Ayhan Arazlı, 95. Məmməd Hüseynov, 30. Abbas Hüseynov, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 27. Toral Bayramov, 66. Cavid Bayramov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov
“Keşlə”: 1. Stanislav Namaşko, 3. Tərlan Quliyev (k), 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov, 8. Tural Axundov, 4. Şəhriyar Əliyev, 25. Con Kamara, 10. Sezar Meza Kolli, 11. Silvio Rodriqes, 99. Rafael Məhərrəmli
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 27. Əkpər Vəliyev, 18. Ruslan Əmircanov, 7. Rəhman Hacıyev, 20. Rail Məlikov, 23. Nicat Qurbanov, 21. Miyusko Boyoviç, 91. Sadio Tonkara, 22. Elçin Mustafayev, 14. Turan Vəlizadə, 79. Bahadur Həziyev
Baş məşqçi: Sənan Qurbanov
“Azersun Arena”

19:00. “Sumqayıt” – “Neftçi” – 0:1
Qol:
Voyislav Stankoviç, 45+1
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 21. Cabir Əmirli, 11. Mehdi Şərifi, 4. Höccət Haqverdi, 17. Murad Xaçayev
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 71. Hüseynəli Quliyev, 60. Elvin Məmmədov, 33. Eltun Turabov, 78. Dmitro Nağıyev, 30. Nəbi Məmmədov, 18. Süleyman Əhmədov, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
“Neftçi”: 30. Aqil Məmmədov, 7. Namik Ələskərov, 8. Emin Mahmudov (k), 3. Mamadu Mbodj, 36. Mamadu Kane, 6. Voyislav Stankoviç, 28. Stiven Monroz, 29. Sabir Buqrin, 24. Yusuf Laval, 5. Anton Krivotsyuk, 26. Ömər Buludov
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 12. Kamran İbrahimov, 22. Mirabdulla Abbasov, 19. Fəhmin Muradbəyli, 91. Tallison Diaz, 17. Bruno Teluşi, 9. Ahmed Ahmedov, 4. Keysuke Honda, 80. İsmayıl Zülfüqarlı, 27. Fərid Yusifli, 72. Emin Zamanov, 37. Vüsal Əsgərov
Baş məşqçi: Samir Abasov
“Kapital Bank Arena”

1 Qarabağ 27 16 9 2 64-17 57
2 Neftçi 27 17 5 5 46-25 56
3 Zirə 27 8 14 5 27-26 38
4 Sumqayıt 27 9 9 9 29-31 36
5 Sabah 27 6 8 13 26-37 26
6 Qəbələ 27 5 11 11 22-41 26
7 Səbail 27 5 9 13 21-41 24
8 Keşlə 27 4 11 12 22-39 23

Bombardirlər: Namiq Ələsgərov (“Neftçi”) – 19, Mahir Emreli (“Qarabağ”) – 18 qol.