“Qarabağ” və “Qalatasaray” rəhbərliyi arasında görüş keçirilib

“Qarabağ” və “Qalatasaray” rəhbərliyi arasında görüş keçirilib.

Apasport.az saytının məlumatına görə, bunu Ağdam klubunun direktoru Əmrah Çəlikəl açıqlayıb.

O, instaqram hesabındakı paylaşımında toplantı barədə məlumat verib. İki klubun nümayəndələri “Qalatasaray”ın rəqiblərini qəbul etdiyi “Nef” stadionunda bir araya gəlib.

Qeyd edək ki, “Qarabağ”la “Qalatasaray” iki ay əvvəl zəlzələdən zərər çəkmiş şəxslərə yardım məqsədilə xeyriyyə oyunu keçirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.