“Qarabağ”-“Viktoriya” ilə heç -heçə oynadı –YENİLƏNİB

Azərbaycan çempionu “Qarabağ” avrokuboklarda növbəti oyununu keçirib.

Apasport.az saytının məlumatına görə, Ağdam təmsilçisi Çempionlar Liqasının pley-offunda ilk matça çıxıb.

Beş ildən sonra qitənin ən nüfuzlu klub turnirində bu mərhələyədək irəliləyən Qurban Qurbanovun yetirmələri “Viktoriya”nı qəbul edib. Çexiya təmsilçisi ilə qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub.

Qarşılaşma gözlənildiyi kimi “Qarabağ”ın üstünlüyü ilə keçib. Lakin kifayət qədər qol imkanı yaradan ağdamlılar rəqib qapısına yol tapa bilməyib. Görüş qolsuz sülhlə başa çatıb – 0:0.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 23-də keçiriləcək.

Çempionlar Liqası
Pley-off, ilk oyunlar
17 avqust
20:45. “Qarabağ” (Azərbaycan) – “Viktoriya” (Çexiya) – 0:0

“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov, 27. Toral Bayramov, 2. Qara Qarayev (k), 8. Marko Yankoviç, 20. Kadi Borges, 10. Abdullah Zubir, 25. İbrahima Vadji, 77. Ramil Şeydayev
Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 6. Julio Romao, 7. Riçard Almeyda, 11. Kvabena Ovusu, 15. Leandro Andrade, 19. Filip Ozobiç, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev
Baş məşqçi: Qurban Qurbanov

“Viktoriya: 36. Yindrjix Stanek, 2. Lukaş Heyda (k), 4. Ludek Pernitsa, 7. Yan Sikora, 10. Yan Kopits, 15. Tomaş Xori, 18. Con Moskera, 20. Pavel Buxa, 21. Vatslav Yemelka, 23. Lukaş Kalvax, 24. Milan Havel
Ehtiyat oyunçular: 13. Marian Tvrdon, 16. Martin Yedliçka, 3. Məhəmməd Tijani, 6. Vatslav Pilarj, 9. Yan Kliment, 22. Kadu, 25. Aleş Çermak, 26. Filip Çihak, 33. Rene Dediç 44. Libor Holik, 77. Erik Yirka, 99. Modu Ndiay
Baş məşqçi: Mihal Bilek

Baş hakim: Slavko Vinçiç (Sloveniya)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu

**

“Qarabağ” bu gün Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununa çıxıb.

Ağdam təmsilçisi Çexiya “Viktoriya”sı (Plzen) ilə qarşılaşır. Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək matç saat 20:45-də başlayıb.

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Ağdamın “Qarabağ” klubu Tofiq Bəhramov adına Respublika stadionunda Çexiyanın “Viktoriya Plzen” komandası ilə qarşılaşır.

“Qarabağ”ın heyətində meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Marko Yankoviç, Bəhlul Mustafazadə, Toral Bayramov, Marko Veşoviç, Bədavi Hüseynov, Kadi Borges, Abdullah Zubir, Ramil Şeydayev və İbrahima Vadji çıxıblar.

“Viktoriya Plzen”in start heyətində Yindrjix Stanek, Lukaş Heyda, Ludek Pernitsa, Yan Sikora, Yan Kopits, Pavel Buxa, Vatslav Yemelka, Lukaş Kalvax, Milan Havel, Con Moskera və Tomaş Xori yer alıblar.

UEFA Çempionlar Liqasının himni səsləndikdən sonra sloveniyalı baş hakim Slavko Vinçiç oyuna start verib.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki “Dusan Arena”da oynanılacaq. Həmin matç Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu turu keçən komanda mübarizəni UEFA Çempionlar Liqasının qrup mərhələsində davam etdirəcək. Məğlubiyyətə uğrayan klub isə UEFA Avropa Liqasının qrup oyunlarına qatılacaq.

Xatırladaq ki, Ağdam təmsilçisi UEFA Çempionlar Liqasının təsnifat mərhələlərində müvafiq olaraq, Polşanın “Lex”, İsveçrənin “Sürix” və Macarıstanın “Ferentsvaroş” komandalarını mübarizədən kənarlaşdırıb.

Yarışa ikinci təsnifat mərhələsindən qoşulan Çexiya çempionu isə əvvəlcə Finlandiyanın “HJK Helsinki”, sonra Moldovanın “Şerif” komandasına qalib gələrək “Qarabağ”ın rəqibi olub.

Xatırladaq ki, “Qarabağ” və “Viktoriya Plzen” komandaları indiyədək avrokuboklarda bir dəfə qarşılaşıblar. UEFA Çempionlar Liqasının 2016-2017-ci il mövsümünün üçüncü təsnifat mərhələsindəki qarşılaşmada Çexiyadakı ilk görüş qolsuz heç-heçə ilə başa çatmışdı. Bakıda isə 1:1 hesabı ilə nəticələnən oyundan sonra “Viktoriya Plzen” səfər qolu sayəsində növbəti mərhələyə yüksəlmişdi.

 

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.