“Bu gün Qarabağda Azərbaycan bayrağı şərəflə dalğalanırsa, bu, şanlı Azərbaycan ordusunun, xüsusilə də sevimli şəhidlərimizin, qəhrəman veteranlarımızın göstərdiyi şücaət sayəsindədir.
Azpost.info bildirir ki, bu sözləri Türkiyənin müdafiə naziri Yaşar Gülər Qarabağ müharibəsi şəhidlərinin ailə üzvləri ilə görüşündə bildirib.
Nazirin sözlərinə görə, Türkiyə və Azərbaycan tarixi, mədəni və qardaşlıq telləri ilə bağlı olan iki dövlət bir millətdir. Tarix boyu sevinc və kədəri birlikdə yaşayan bu iki qardaş dövlət çətin anlarda bir-birinə dayaq olub, nə olursa olsun çiyin-çiyinə olub: ” Türkiyədə hərbi məktəb və akademiyalarımızı bitirmiş qəhrəmanlarımızın şəhidlərimiz arasında olması qardaşlığımızın ən bariz göstəricisidir. Bu qardaşlıq bağları sayəsində Türkiyə ilə Azərbaycan arasında sıx əməkdaşlıq və həmrəylik günü-gündən daha da artmaqdadır. Azərbaycanın gücü bizim gücümüzdür, Türkiyənin gücü Azərbaycanın gücüdür. Biz Türkiyə olaraq hər zaman Azərbaycanın yanında olmuşuq və bundan sonra da olacağıq”.