“Qarabağda dinc həyatın bərpa olunmasına kömək edirik” –Lavrov

Rusiya beynəlxalq münaqişələrin həllinə aktiv şəkildə kömək etməyə davam edəcək.

Bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Primakov qiraətləri” forumunda çıxışı zamanı bildirib.

“Biz Suriyada işləyirik. Dağlıq Qarabağda qan tökülməsini dayandırandan sonra dinc həyatın bərpa olunmasına kömək edirik. Əfqanıstanda, Liviyada, İran ətrafında, Koreya yarımadasında və digər qaynar nöqtələrdəki nizamlanmalarla bağlı beynəlxalq səylərə aktiv kömək edirik. Mən bunu nailiyyətlərimizə diqqəti çəkmək üçün demirəm. Biz hər zaman ehtiyacı olanlara kömək etməyə hazırıq. Bu, bizim tarixi missiyamızdır”, – deyə Rusiya XİN başçısı vurğulayıb. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir