Qarabağda həlak olan sülhməramlıların komandan müavini kimdir? –FOTO

Dünən Qarabağda həlak olan sülhməramlılardan biri Rusiyanın ən böyük strateji nüvə sualtı qayıqlarının daxil olduğu Şimal Donanmasının sualtı qüvvələrinin komandirinin müavini İvan Kovqandır.

Azpost.info xəbər verir ki, bu barədə Sankt-Peterburq Sualtı Qayıqlar və Donanma Veteranları Klubundan bildirilib.

Məlumata görə, Şimal Donanmasının rəhbərliyində hərbi-siyasi işlər üzrə komandirin müavini vəzifəsini tutan İvan Kovqan iki ay əvvəl Qarabağa göndərilib və sülhməramlı kontingentin komandan müavini vəzifəsində çalışıb.

Rusiya Müdafiə Nazirliyinə yaxın mənbə yerli mətbuta bildirib ki, Kovqandan başqa daha 3 hərbçi həlak olub, daha biri yaralanıb.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.