“Qarabağda “məcburetmə” əməliyyatını görə bilərik” –RƏY

İlham Əliyev-Putin görüşündən dərhal sonra Dmitri Peskov Avropa İttifaqının Qarabağa dair müzakirələrdə vasitəçi olmaq istəyindən danışdı və dolayısı ilə buna ehtiyac olmadığını vurğuladı.
Bu, Rusiyanın bölgədə vasitəçiliyinə alternativlərin yaranması riskini anladığı deməkdir. Əslində Putin-Paşinyan, Putin-Əliyev görüşünün də Moskvanın “alternativlər”ə qarşı üçtərəfli razılaşmaların icrasını sürətləndirmək məqsədi daşıdığını yazmışdıq.
Bunun Bakının Moskva qarşısında istəklərini irəli sürə bilməsi üçün əlini gücləndirdiyi də şübhəsizdir.
Burada bir ehtimal ön plana çıxır: Əliyev Aİ-nin vasitəçilik niyyətindən Moskvada istədiyini almaq üçün lazımınca istifadə edə bilib.
Və istisna deyil ki, Qarabağda yaxın dövr üçün “məcburetmə” əməliyyatını görə bilərik. Prosesin yekunlaşması üçün bu, bütün tərəflərə, hətta Paşinyana da sərf edir.
Baş verənlərin fonunda iki informasiya diqqət çəkir.
Birincisi, Qarabağda separatçıların qondarma “müdafiə naziri” Mikael Arzumanyan “vəzifəsindən” getmək istəyir: mümkündür ki, Arzumyan proseslərin inkişafını anlayır və qovulmuş “general” kimi xatırlanmaq istəmir;
İkincisi, Paşinyan Azərbaycanla sülh danışıqlarına hazır olduğunu elan etdi, Kəlbəcər sərhədinə Rusiyanın, yaxud beynəlxalq müşahidəçilərin gətirilməsi, bunun delimitasiya və demarkasiya prosesinə kömək edəcəyi təklifini yenidən səsləndirdi: Nikol açıq mətnlə çıxış etməsə də, sözlərindən “sülh danışıqlarının” Qarabağla bağlı yox, sərhədlə bağlı olduğu nəticəsi çıxır; görünür, İrəvanda Əliyevlə Putinin anlaşdığını düşünürlər.
Asif Nərimanlı 
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Avropa çempionumuz “patı”nın qurbanı olub –

Sonrakı məqalə

Kəlbəcərdə Xudavəng məbədində olan erməni keşişləri oranı tərk edib