“Qarabağda sülhməramlıların sayının artırılması yalnız tərəflərin razılığı ilə mümkündür”-

Rusiya prezidenti
17 Dekabr 2020 - 16:51

Rusiya Prezidenti Vladimir Putin Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin sayının artırılması məsələsinə münasibət bildirib.

Rusiya Prezidenti Vladimir Putin bu gün keçirilən ənənəvi illik mətbuat konfransında deyib ki, Dağlıq Qarabağda Rusiya sülhməramlı qüvvələrinin sayının artırılması mümkündür.

Rusiya Prezidenti bu məsələnin münaqişə tərəfləri ilə müzakirə olunmalı olduğunu vurğulayıb: “Rusiya sülhməramlıların sayının artırılması mümkündür, lakin bu, tərəflərin razılığı ilə olmalıdır”.