Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Baş Yazı

“Qarabağda yeni müharibə qısa olacaq… Bakı hər şeyi götürəcək” –

User 02 Yanvar 2023 - 13:09 (Last updated: 21 May 2025 - 20:15)
ordu01

“Azərbaycanla Ermənistan arasında yeni müharibənin baş verməsi mümkündür. Bu müharibə 2020-ci ildə olduğundan daha qısa, lakin dramatik olacaq”.

Azpost.info bildirir ki, bu barədə ABŞ-ın analitik nşəri olan “Foreign Policy”nin analitiklərinin 2023-cü il üçün hazırladıqları proqnozlarında açıqlanıb.

Analitiklər qeyd ediblər ki, Rusiya-Ukrayna müharibəsinin yaratdığı böhranın təsiri Cənubi Qafqazda xüsusilə kəskin olub. “Son müharibədən keçən iki ildən sonra Ermənistan və Azərbaycan yeni qarşıdurmaya doğru hərəkət edir. Yeni əvvəlki 6 həftəlik müharibdən qısa, amma dramatik olacaq”.

Proqnozlarda deyilir ki, 2020-ci ildə Azərbaycan Qarabağ anklavının bir hissəsini və ətraf rayonları əldə saxlayan erməni ordusunu darmadağın edib:  “O vaxtdan bəri balans Azərbaycanın xeyrinə daha çox dəyişib. Erməni ordusu öz qoşununu və silahlanmanı bərpa edə bilməyib. Ənənəvi silah tədarükçüsü olan Rusiyanın Ermənistana silah göndərməyə imkanı çatmır. Azərbaycan isə əksinə daha da güclənir. Azərbaycan ordusu Ermənistan ordusunu bir neçə dəfə üstələyir, o daha yaxşı təchiz edilib və Türkiyə tərəfindən dəstəklənir. Avropanın Azərbaycan qazına olan ehtiyacı Bakını daha da möhkəmlədib”.

Təhlildə deyilir ki, 2020-ci ildə rus sülhməramlıları Qarabağa gəlib. Rusiya yeni cəbhə xəttinə çevrilən erməni-azərbaycanlı sərhədində sərhəd xidmətini və hərbi personalını artırıb. Guman olunurdu ki, bununla Bakı Moskvanın əleyhinə getməkdən çəkinəcək, az da olsa bu sülhməramlı kontingent yeni hucumların qarşısnı ala biləcək.

Amma  ruslar ötən il baş vermiş bir neçə qarşıdurmanın qarşısını ala bilmədilər. Azərbaycan ordusu Qarabağın bir sıra strateji yüksəkliklərini tuta bildilər: “Ukraynada müharibə Azərbaycan və Ermənistan arasında sülh sazişinin üstünə kölgə saldı. 2020-ci ildə imzalanmış atəşkəsə əsasən regionda kommunikasiyalar, o cümlədən Ermənistandan birbaşa dəhliz açılmalı idi. 2020-ci ildən sonra Ermənistan Qarabağa xüsusi statusun verilməsi ilə bağlı çoxillik tələbindən əl çəkib, o Qarabağda yaşayan ermənilər üçün təhlükəsizlik və hüquqlar istəyir. Bakı isə bəyan edir ki, yeri ermənilər Azərbaycan vətəndaşlarının malik olduğu istənilən hüquqa malik olacaqlar”.

Moskva Avropa İttifaqının vasitəçilik səylərinə də Rusiyanın bölgədən sıxışdırlması cəhdi kimi baxır.

“Nəticədə ortalıqda sülh sazişinin iki layihəsi dövr edir: Biri Rusiya tərəfindən hazırlanıb, digəri isə Qərbin dəstəyi ilə Ermənistan və Azərbaycan hazırlayıb. Hər bir layihədə ticarət və sərhəddə sabitlik məsələləri əks edilib. Qarabağ ermənilərinin taleyi isə əlahiddə məsələ kimi kənarda saxlanılır bu sülh prosesinə aid edilmir. Qərb tərəfindən dəstəklənən ikitərəfli istiqamət daha perspektivli görünür. Amma Moskvanın buna necə reaksiya verəcəi məlum deyil. İstənilən halda hər iki tərəf bir-birindən çox uzaqdır. Bakının əlində bütün kartlar var və o bu sazişdən daha çox uduş əldə edəcək.

Təhlükəli olan isə odur ki, əgər bu danışıqlar nəticəsiz olsa, yaxud yeni qarşıdurma qığılcımı baş versə Azərbaycan öz gücü ilə hər şeyi götürəcək”-deyə “Foreign Policy”nin 2023-cü il üçün proqnozunda deyilir.

Azpost.info

 

Post navigation

Previous: Şəhid general Polad Həşimovun xatirəsi anılıb
Next: “Yunanıstan daxildəki uğursuzluqları ört-basdır etmək üçün Türkiyə ilə gərginliyi artırır”

Oxşar xəbərlər

telebeler
  • Baş Yazı

Türkiyədə 40 min azərbaycanlı tələbə oxuyur -Xaricdə təhsil alanların sayı niyə dəqiq bilinmir?

User 22 Oktyabr 2026 - 16:33
elektrik xetti
  • Baş Yazı

Azərbaycan Avropaya elektrik satacaq – Nəhəng layihə nə vaxt reallaşacaq?

User 22 Oktyabr 2026 - 14:45
ilham erdoqan
  • Baş Yazı

Ərdoğan Prezident İlham Əliyevə zəng edib

User 21 Oktyabr 2026 - 19:54

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.