Qarabağdakı sülhməramlılara yeni komandan təyin olunacaq-FOTO

General-mayor Kirill Kulakovun Qarabağdakı Rusiya sülhməramlılarının yeni komandanı təyin ediləcəyi gözlənilir.

Azpost.info bildirir ki, bu barədə erməni KİV-ləri məlumat yayıb.

General Kulakov 1969-cu ildə anadan olub. 1990-cı ildə Kazan ali hərbi komandirlər məktəbini bitirib.

1995-2014-cü illərdə Kazan ali hərbi komandirlər məktəbində müəllim işləyib. 2014-2017-ci illərdə Orenburq kazak briqadasının komandiri olub. 2017-ci ilin martından Kazan ali hərbi komandirlər məktəbinin komandiridir.

2013-cü ildə Tatarıstan prezidentinin təşəkkürnaməsini alıb, 2019-cu ildə “Tatarıstan Respublikası qarşısında xidmətlərinə görə” ordeni ilə təltif edilib.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.