Qarabağdan gələn ermənilər üçün Ermənistanda qərargah yaradılacaq

Azərbaycanın işğal altında olan Qarabağ bölgəsindən gedən ermənilərin ehtiyaclarının ödənilməsi məqsədi ilə Ermənistanda qərargah yaradılacaq.

“Novosti Armeniya”ya xəbər verir ki, bunu Ermənistan baş nazirinin müavini Mğer Qriqroyan noyabrın 2-də jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hökumət həmin şəxslərin sosial ehtiyaclarının ödənilməsi ilə artıq 1,5 aydır məşğul olur.

Qriqroyan bildirib ki, Qarabağdan gedən ermənilər mehmanxana və pansionatlarda yerləşdiriləcək. Qərargah onların tələbatının ödənilməsi ilə məşğul olacaq.

Qeyd edək ki, Ermənistan rəsmiləri Qarabağın işğal altında olan bölgələrində mülki erməni əhaliyə atəş açıldığı barədə məlumat yayır. Ancaq qərargahın yaradılması bunun əksini ehtimal etməyə, yəni həmin bölgələrdə mülki əhalinin olmadığını deməyə əsas verir. (Report)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Daha 8 kənd işğaldan azad edilib –

Sonrakı məqalə

Qondarma Qarabağ rejiminin “müdafiə nazirinin müavini” məhv edildi –