“Qarabağ”dan gedən qapıçı Lunyovun yeni klubu bəlli olub

Mövsümün sonunda “Qarabağ”dan ayrılan rusiyalı qapıçı Andrey Lunyovun yeni klubu bəlli olub.

Rusiya idman saytlarının məlumatına görə, 33 yaşlı qolkiper ölkəsinin “Dinamo” (Moskva) komandasına keçəcək. Onun gələn həftə tibbi müayinədən keçdikdən sonra 2+1 illik rəsmi müqaviləyə imza atacağı gözlənilir.

Anlaşmaya əsasən, A.Lunyov ölkə çempionatında mövsüm ərzində 20 matça çıxsa, məvacibi 1,2 milyon avroya qədər yüksələcək.

Qeyd edək ki, 2023-2024-cü illər mövsümündə “Qarabağ”ın formasını geyinən Andrey Lunyov bu müddətdə 34 matça çıxıb. O, Premyer Liqada 19, kubokda 5, avrokuboklarda 10 oyun keçirib. Qapıçı “Qarabağ”la Azərbaycan çempionu və kubokunun qalibi olub

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.