Qarabağı Azərbaycan ərazisi kimi tanımaq bəlkə də müharibənin qarşısını ala bilərdi –PAŞİNYAN

“Qarabağın Azərbaycandan ayrı olması iddiasından imtina etmək bəlkə də müharibənin qarşısını ala bilərdi”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Ermənistan ölkə parlamentində 44 günlük müharibənin şərtlərini araşdıran istintaq komissiyasının növbəti iclasında bildirib.

Onun sözlərinə görə, hərbi əməliyyatların başlamaması üçün nəzəri olaraq imkan olub.

Paşinyan qeyd erdib ki, əgər Ermənistan tərəfi danışıqlar zamanı Qarabağın Azərbaycanın tərkibində olması variantını nəzərdən keçirsəydi, 44 günlük müharibənin qarşısını almaq olardı:

“Biz deyə bilərik ki, Qarabağın Azərbaycandan ayrı olması ideyasını qəbul etmirik və əlbəttə, bu, müharibənin baş verməyəcəyinə zəmanət vermirdi, lakin bunun üçün nəzəri imkan yaratmış olardı”, – Ermənistanın hökumət başçısı bildirib.

“Danışıqlar prosesində bir neçə fikir ayrılığı var idi ki, onlar bu və ya digər şəkildə hərbi əməliyyatların bərpası üçün səbəb ola bilərdi. Bu, Laçın dəhlizinin fəaliyyəti, Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası və demarkasiyası, məcburi köçkünlərin geri qaytarılması məsələləridir”, – Baş nazir əlavə edib. (APA)

Əvvəlki məqalə

Paşinyan 1994-cü ildə atəşkəsdən sonra Ermənistanın tənəzzülə uğradığını açıqlayıb

Sonrakı məqalə

“Ukraynanın əks-hücum əməliyyatı bir neçə həftəyə başa çatacaq”