“Qarabağı tam itirmişik, vəziyyət ağlamalıdır” –  Sərkisyanın kürəkəni Xankəndindən gələn məktubu paylaşdı

Ermənistan prezidenti Serj Sərkiyanın kürəkəni, Vatikandakı sabiq səfir Mikael Minasyan bu günlərdə Qarabağdan qayıtmış dostunun ona yazdığı məktubu sosial şəbəkədə paylaşıb.

Minasyanın dostu məktubda yazır ki, Qarabağda gördüklərindən təəssüratı çox ağırdır və qısaca deyə bilər ki, Qarabağ ermənilər üçün həmişəlik itirilib.

Minasyanın dostu müharibədə iştirak etmiş dostunu ziyarət etmək üçün Qarabağda olub.

Dostu yazıb ki, Qarabağdakı erməniləri tam ümidsizlik və köməksizlik əhvalı bürüyüb. Laçın dəhlizi ilə gedərkən onu bir neçə dəfə postda saxlayıblar və maşından düşməməyi tapşırıblar. Ermənilər Şuşanın yaxınlığından Azərbaycan ordusunun postundan keçərək gedirlər.

Minasyanın dostu qeyd edib ki, 44 günlük müharibənin gedişində dağıdılmış erməni ordusunun vəziyyəti ağlamalıdır:

“Mənim Şuşada müqavilə ilə xidmət etmiş dostum deyir ki, zabitləri məktəb şagirdləri kimi gündə bir neçə dəfə cərgəyə düzürlər. Əmin olmaq istəyirlər ki, hamı yerindədir. Heç bir döyüş tapşırığı verilmir. Müharibə zamanı bütün postları təhvil vermişik”– deyə Minasyanın dostu yazıb.

O daha sonra yazır ki, Xankəndindən Ermənistana səfərlər kəskin şəkildə azalıb. Ağdərənin Vəng kəndində isə heç kim yoxdur: “Restoranlarda menyu verilmir. Yemək bişirmək üçün ərzağı yalnız sifariş verildikdən sonra alırlar. Qısaca desəm, məndə belə təəssürat yaranıb ki, Qarabağ bizim üçün tamam itirilib”-deyə Minasyanın dostu ona yazıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İkinci Dünya müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım ödənilib

Sonrakı məqalə

Şuşada yeni orta məktəbin tikilməsi üçün 3 milyon manat ayrıldı –