“Qarabağ”ın Avroliqa oyunlarını hansı telekanal yayımlayacaq?

İctimai Televiziyanın efirində avrokubok həyəcanı davam edir. 

Supersport.Az xəbər verir ki, ölkəmizi UEFA Avropa Liqasında təmsil edən “Qarabağ”ın Liqa mərhələsində qarşıdakı iki oyununu bu telekanalda izləyə biləcəksiniz.

Ağdam klubunun Avroliqanıb 4-cü turunda noyabrın 7-si saat 21:45-də Norveçdə “Budo Qlimt” klubu ilə görüşü İTV-nin canlı efirində yayımlanacaq.

Qeyd edək ki, “Qarabağ”ın gələn il 31 yanvarda Yunanıstanın “Olimpiakos” klubuna qarşı mərhələnin son matçının da yayım hüququ İctimai Televiziyaya məxsusdur.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.